Qazlı içkilər uşaqlar üçün təhlükəlidirmi?
20.4.2016

Artıq neçə illərdir bazarda öz mövqeyini qoruyub saxlayan qazlı sular həm uşaqların, həm də böyüklərin sevdiyi içkidir.
Bu yazıda qazlı suların uşaqlara zərəri, mütəmadi içdikdə hansı nəticələr verəcəyi barədə məlumat verib.
Rusiyalı pediatr Yevgeni Oleqoviç Komarovskiy bildirib ki, şirin və qazlı içkilərin sağlamlıq üçün ciddi problemlər yarada biləcəyi məlumdur. Onun sözlərinə görə, müəyyən miqdarı keçmədikdə qazlı içkilər təhlükə mənbəyi olmur. Pediatr bildirib ki, qazlı və şirin içkilərdə şəkərin miqdarından başqa zərərli heç nə yoxdur: “Uşaqlar qazlı içkilərdən enerji və kalori qəbul edir. Bu zaman qazlı içkilərin zərərlərini heçə endirmək üçün ilk növbədə orqanizmdə toplanmış enerjini xərcləmək, yəni hərəkət etmək lazımdır. Əgər uşaqda heç bir xəstəlik yoxdursa, kifayət qədər aktivdirsə, o halda qazlı içkilər onun sağlamlığı üçün təhlükə mənbəyi hesab olunmur.
Bu o demək deyil ki, uşaqlara istədiyi qədər qazlı içkilər vermək olar. Onlara verilən qazlı içkilərin miqdarına nəzarət etmək vacibdir. Məsələn, ayda yarım litr qazlı içki uşağa xüsusi bir zərər vurmayacaq. Amma onun gündəlik istifadəsinə qəti icazə vermək olmaz. Çünki 1 litrdə 108 qram qənd var. Şəkərin sağlamlığın bir nömrəli düşməni olduğunu unutmamalıyıq”.

publika.az