“Yandex” istifadəçiləri qoruyan brauzer hazırladı
20.4.2016

“Yandex” şirkəti istifadəçiləri fırıldaqçılıqdan mühafizə edən, dünyada ilk brauzeri istifadəyə verib.

Yeni brauzer qabaqcıl “DNSCrypt” texnologiyasının dəstəkləyir. Bu texnologiya brauzerlər və server arasında təhlükəsiz məlumat mübadiləsini həyata keçirməyi təmin edir. “DNSCrypt” bütün DNS-severə olan sorğuları və cavabları şifrələyir. Nəticədə istifadəçinin məlumatlarının təhlükəsizliyi təmin olunur.

Yeni brauzer sorğuları birbaşa routerin və ya masaüstü kompüterin seçimlərində qeyd edilmiş DSN-serverə yox, “DNSCrypt”i dəstəkləyən “Yandex” serverə yönəldir.

lent.az