Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Bursa 5-ci Beynəlxalq Teatr Festivalında çıxış edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Bursa şəhərinin Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivalda kollektivin təqdimatında Xalq Yazıçısı Elçinin “Teleskop” pyesi əsasında hazırlanan eyniadlı, iki hissəli tragikomediya nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın Xalq Artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.
Səhnə əsərində Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla Əliqızı çıxış ediblər.
Qeyd edək ki, “Yaşasın teatr, yaşasın sülh” devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından biri hesab olunur. Hər il festivalda Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri iştirak edir.
azertag.az