Azərbaycanda havalar kəskin soyuyacaq
21.4.2016

Yağış yağacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 21-də paytaxt və yarımadada havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.

Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.


oxu.az