Günün qoroskopu: yardım etməyə tələsin
22.4.2016

Qoç - zahirən hər şey əladır. Amma sizin üçün önəmli olan münasibətlərdə pərişan ola bilərsiniz. Hələlik heç nəyi aydınlaşdırmağa, dəyişməyə və ya tələsdirməyə çalışmayın. Səmimiliklə müqayisədə sükut indi daha üstündür. İllah da ki, bütün umu-küsü və ya münasibətlərin dayandırılması forması pis sayıla bilməz.

Buğa - yanınızdakı insanlardan birinin sizin diqqətinizə və yardımınıza ehtiyacı var. Son günlərin gərginliyi bu gün yeni ideya və pozitiv informasiya nəticəsində azalacaq. Mühüm məsələlərin həlli ilə məşğul olun, danışıqlar aparın. Konkret nəticəyə nail olmağa can atın, verilən vədin unudulmamasını tələb edin.

Əkizlər - bu gün yaxın ətrafınızdakı insanlarla səmimi olmağa, deyib-gülməyə çalışsanız da, sizi anlamayacaqlar. Hər yerdə, bütün işlərdə birinci olmağa çalışmayın. Zəngin yaradıcı düşüncəni praktikliklə əvəzləyin. Yanınızda etibarlı tərəfdaş, dost və ya şərik olsun. Təmaslarda sakitlik və xoş mərama riayət edin.

Xərçəng - sizə dönənlərə diqqətli olun. Köhnə əlaqələr və hisslər taleyinizdə yeni mərhələyə səbəb ola bilər. Ümumiyyətlə, hisslərdə indi anlaşılmaz məqamlar yaranır. Dediklərinizin anlaşılmasına can atın. Başqalarını anlamaq da vacibdir.

Şir - prioritetlərin dəyişməsi, açıq danışıq və hisslərdəki gərginlik vaxtıdır. Bütün bunlar situasiyanı ya yaxşı, ya da pis yönə dəyişə bilər. Fəqət, bəhs olunanlar qeyri-müəyyənliyi aradan qaldıracaq və gələcəkdə bel bağlaya biləcəyiniz ünsürü ortaya çıxaracaq. Maliyyə məsələlərində risk etməyin, iri məbləğli ödənişləri və köçürmələri təxirə salın.

Qız - qarşılaşa biləcəyiniz çətinliyi təhtəlşüurla hiss edəcək, hətta bir qədər sonra sizi gözləyən hadisəni də təxminləyə biləcəksiniz. Hisslərinizə inanın - bilin ki, bu, yalan məsələ deyil. Biznesdəki tərəfdaşlarınız və qohumlarınız bu gün çox inadkar olacaqlar. Amma hər şeyə rəğmən, hadisələri tələsdirməyin, səbrli olun, güzəştə gedin, önəmli məsələlərlə bağlı razılaşma əldə edin. Bu, gələcəkdəki işlərlə bağlı indidən dəstək qazanmaq ehtiyacı ilə bağlıdır.

Tərəzi - kurs dəyişikliyi, hansısa münasibətə yeni baxış da mümkündür. Sizin üçün mühüm məsələ qəflətən həllini tapacaq, bir problem başqasının hesabına çözüləcək. Baş verənləri diqqətlə izləyin, önəmli münasibətlərdə tarazlığı qoruyun. Hadisələr ərəfəsində gələn siqnallara qulaq asın. Görüş və səfəri planlaşdırın, informasiya axtarışı ilə məşğul olun.

Əqrəb - həftə başlanandan bəri yeniliklər və sürprizlərin ardı-arası kəsilmir. Münasibətlərdə kəskinliyə yol verməmək və işlərdə anlaşılmazlıqların qarşısını almaq üçün səmimi olun. Bu gün mühüm söhbət və ya informasiyanın başqa yolla əldə edilməsi istisna deyil.

Oxatan - dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur - hər şey yaxınlıqdadır. Çoxdan bələd olduğunuz nəsnələrin əslində indiyədək bəlli olmayan yönlərini anlamağa, görməyə çalışın. Axşam saatlarında sevimli insanı kiçik hədiyyə ilə sevindirin.

Oğlaq - çox rahat gündür. Məhsuldarlığa nail olmaq istəsəniz, diqqətinizi daha çox cəmləməli, aktiv çalışmalısınız. Sizə maraqlı gələn işlə məşğul olmasanız, rəqibi qabaqlamağa can atın. Günün narahatlığı, işin gərginliyinin müqabilində yaxşı pul əldə etsəniz, rahatlaşacaqsınız.

Dolça - kiməsə yardım etmək, başqasının işini görmək ehtiyacı yarana bilər. Axşam saatlarında özünüzə diqqət yetirin. İmicinizin yaxşılaşdırılması yollarını düşünün.

Balıqlar - maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır. Yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər.

milli.az