Azərbaycanı bu il "Eurovision"da təmsil edəcək müğənni növbəti videonu ictimaiyyətə təqdim edib
22.4.2016

Azərbaycanı bu il "Eurovision" mahni müsabiqəsində təmsil edəcək Səmra Rəhimlinin növbəti videosu ictimaiyyətə təqdim edilib.

Video Səmranın Bakıdakı ən sevimli məkanı adlandırdığı İçərişəhərdə çəkilir və təmsilçimiz tarixi küçələr boyu gəzişərək ona ünvanlanan sualları cavablandırır.

Qeyd edək ki, Səmra Rəhimli mayın 10-da keçiriləcək "Eurovision" birinci yarımfinalında səhnəyə 14 nömrə altında çıxacaq. Müğənni müsabiqədə "Miracle" (Möcuzə) adlı mahnını ifa edəcək.

https://www.youtube.com/watch?v=fhsj5wXrKt0


report.az