İndoneziya xarici işlər nazirinin müavini Bakıya səfər edəcək
22.4.2016

İndoneziyanın xarici işlər nazirinin müavini Əbdürrəhman Faxirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin əsas məqsədi 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.

Səfər zamanı Ə.Faxir bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

report.az