İndoneziyanın xarici işlər nazirinin müavini Əbdürrəhman Faxirin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
İndoneziyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin əsas məqsədi 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.
Səfər zamanı Ə.Faxir bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
report.az