Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına fəxri adlar verilib
22.4.2016

Prezident İlham Əliyev Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan milli mətbəx mədəniyyətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:
Əliyev Oruc Nağı oğlu
Əmiraslanov Tahir İdris oğlu.

report.az