"Fəcr" film festivalında gərgin yarışmada artıq 6 film önə çıxıb.
Azərbaycanın da təmsil olunduğu Asiyanın məşhur 34-cü "Fəcr" Beynəlxalq Film Festivalı İranın paytaxtı Tehranda öz işini davam etdirir.
Festivalın 5-ci günündə Asiyanın müxtəlif ölkələrini təmsil edən filmlərin gərgin yarışmasında artıq 6 film önə çıxıb.
Bu filmlər aşağıdakılardır:
“Solomon” (Solomon) - Zaza Xalvaşi (Gürcüstan)
“My Sister, the Pig Lady” (Mənim bacım donuz ledi) - Canq Mun-il (Cənubi Koreya)
“What a Wonderful Family!” (Nə gözəl bir ailə) - Yoji Yamada (Yaponiya)
“Zinnia Flower” (Zinniya gülü) - Tom Lin (Tayvan)
“Bloody January” (Qanlı Yanvar) - Vahid Mustafayev (Azərbaycan)
“Walnut Tree” (Qoz ağacı) - Yerlan Nurmuxambetov (Qazaxıstan)
Kinorejissor Vahid Mustafayevin "Qanlı Yanvar" filmi "Fəcr" Beynəlxaq Film Festivalında aprelin 24-də Bakı vaxtı ilə saat 13:00-da məşhur "Charsu Cineplex"də kinosevərlərə nümayiş ediləcək.
Ümumiyyətlə. "Qanlı Yanvar" filmi İranda geniş marağa səbəb olub. Film haqqında İran mətbuatında məqalələr dərc edilir.
1982-ci ildən başlayaraq “Fəcr” film festivalı İranın paytaxtı Tehranda hər ilin fevral ayında keçirilir. Bu festivalda dünyanın müxtəlif mədəniyyətlərinin mübadiləsi baş tutur, yaradıcılıq qabiliyyətləri göstərilir, yerli və əcnəbi ən gözəl, keyfiyyətli filmlər nümayiş edilir.
“Fəcr” film festivalı yarandığı ildən İran kino sənayesinin inkişafında mühüm rol oynayıb. Hər il veteran direktorlarla yanaşı yeni fəaliyyətə başlayan kinorejissorlar da əsərlərini təqdim edirlər.
İranın Mədəniyyət nazirliyinin nəzarəti altında baş tutan "Fəcr" beynəlxalq film festivalının müxtəlif illərində dünyanın məşhur kinorejissorları - Kosta-Qavras, Françesko Rozi, Teo Anqelopulos, Mario Monikellli, Mustafa Akkad, Darius Xondci və.s mükafatlara layiq görülüblər.
Bu ilki "Fəcr" film festivalı 34-cü dəfədir ki, İranın paytaxtı Tehranda keçirilir.

Kinorejissor Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmi Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edir.
1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edilən filmdə Bakının yaşadığı iki gecə - yanvarın 19-dan 20-ə keçən və yanvarın 20-dən 21-ə keçən gecələr təsvir edilib. Filmdə Azərbaycan inqilabçıları şəhərə girmiş işğalçı qoşunlara qarşı döyüşür, onlardan qisas almaq üçün mübarizə aparırlar.
"Qanlı Yanvar" filmi bizə sovet ordusunun törətdiyi qırğını və 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə baş verənləri Azərbaycan ailəsi olan - Nərimanovların gözü ilə göstərir.
Film 2015-ci il yanvar ayının 20-də - faciənin 25 illiyində təqdim edilib. Premyerada həmçinin başda kinoda rol alan məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis olmaqla yaradıcı heyətin
"Qanlı Yanvar” dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında nümayiş etdirilib. Film Hindistanda 46-cı Beynəlxalq Qoa Film Festivalında, Estoniyanın nüfuzlu "Black Nights" festivalında, Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalında, Monreal Beynəlxalq Film Festivalında uğurla nümayiş etdirilib, mükafatlara layiq görülüb.
anspress