Perunun dövlət başçısı Ollanta Humalanın Avropa ölkələrinə rəsmi səfəri başa çatıb. Prezident vətənə 600 illik mumiya ilə qayıdıb.
Berlində rəsmi səfərdə olarkən Almaniyanın hakimiyyət dairələri bir zamanlar alman arxeoloqların Peruda aşkarladıqları mumiyanı Humalaya qaytarıblar.
XİN-in açıqlamasında o da bildirilir ki, Perunun Ançaş bölgəsində 1980-ci illərdə aparılmış arxeoloji qazıntı işləri zamanı tapılmış mumiya 1986-cı ildə ölkədən çıxarılmışdı.
Mumiya sonradan Münhendəki muzeydə saxlanmışdı.
Milli.Az