Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsində münsiflər heyətinin və tamaşaçıların ayrı-ayrılıqda səsverməsinin nəticələri açıqlanıb. Həm tamaşaçı, həm münsiflərin rəyinə əsasən İsveç təmsilçisi Lorin (Loreen) birincidir. Ümumilikdə 372 bal toplayan Lorin tamaşaçılardan 343, münsiflərdən 296 bal alıb.
“Eurovision-2012”nin ikincisi olan Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu ümumilikd’ 259 bal toplayaraq məhz tamaşaçıların səsverməsinə görə bu yerə layiq görülüb. Münsiflər heyətinin səsverməsində Rusiya təmsilçiləri 94 balla sadəcə 11-ci yeri tuta biliblər. 
3-cü yerin sahibi Serbiya təmsilçisi Jelko Yoksimoviç (ümumi 214) tamaşaçılardan 211 bal, münsiflərdən 173 bal alıb. Münsiflər heyəti Serbiya təmsilçisini 2-ci sırada görüb.
Müsabiqəyə ev sahibliyi edən Azərbaycan təmsilçisi Səbinə Babayeva ümumi 150 bal toplayıb. Tamaşaçılar təmsilçimizə 151 bal verərək onu 5-ci yerə, münsiflər isə 118 bal verərək 8-ci yerə layiq görüblər.
İlk beşliyi tamamlayan Albaniya təmsilçisi Rona Nişliuya (ümumi 146) tamaşaçılar 106 bal (8-ci yer), münsiflər heyəti 157 bal (3-cü yer) verib. 
6-cı yeri qazanan Estoniya təmsilçisinə (ümumi 120) tamaşaçılar 78 bal (12-ci yer), münsiflər heyəti 152 bal (6-cı yer) verib. 7-ci sırada qərarlaşan Türkiyə təmsilçisi Can Bonomoya tamaşaçılar 176 bal verərək onu 4-cü yerə, münsiflər isə 50 bal verərək 22-ci yerə layiq biliblər.
Yarışmanın səkkizincisi Almaniya təmsilçisi Roman Lob (ümumi 110 bal) tamaşaçılar tərəfindən 125 balla 6-cı yerə, münsiflər heyəti tərəfindən isə 98 balla 10-cu yerə layiq görülüb. 9-cu sırada olan İtaliya təmsilçisi Nina Zilli (ümumi 101) tamaşaçılardan 56 bal alaraq 17-ci, münsiflər heyətindən 157 bal toplayaraq 4-cü olub.
Ümumi    nəticə   | Tamaşaçı    səsverməsi   | Münsif    səsverməsi   | 
10 İspaniya    - 97 bal   | 45 bal – 18-ci yer  | 154 bal – 5-ci yer  | 
11 Moldova    – 81 bal   | 75 bal – 13-cü yer  | 104 bal - 9-cu yer  | 
12 Makedoniya – 71 bal   | 79 bal – 11-ci yer  | 69 bal – 17-ci yer  | 
13 Rumıniya    – 71 bal   | 117 bal – 7-ci yer   | 53 bal – 20-ci yer   | 
14 Litva –    70 bal   | 68 bal – 14-cü yer   | 82 bal – 14- cü yer  | 
15 Kipr –    65 bal   | 63 bal – 15-ci yer   | 85 bal – 12-ci yer   | 
16 Ukrayna    – 65 bal   | 37 bal – 20-ci yer   | 125 bal – 7-ci yer   | 
17 Yunanıstan – 64 bal   | 89 bal – 9-cu yer   | 60 bal – 18-ci yer   | 
18 Bosniya    və Hersoqovina – 55 bal   | 57 bal – 16-cı yer   | 71 bal – 15-ci yer   | 
19 İslandiya – 46 bal   | 39 bal – 19-cu yer   | 53 bal – 19-cu yer   | 
20 İrlandiya – 46 bal   | 89 bal – 10-cu yer   | 14 balla – 25-ci yer   | 
21 Malta  - 41 bal   | 10 bal – 25-ci yer   | 70 bal  16-cı yer   | 
22 Danimarka – 21 bal   | 18 bal – 23-cü yer   | 51 bal – 21-ci yer   | 
23 Fransa –    21 bal   | 0 bal  –  26-cı yer   | 85 bal – 13-cü yer   | 
24 Macarıstan – 19 bal   | 20 bal – 22-ci yer   | 30 bal – 23-cü yer   | 
25 Böyük    Britaniya – 12 bal   | 36 bal – 21-ci yer   | 11 bal – 26-cı yer   | 
26 Norveç –    7 bal   | 16 bal – 24-cü yer   | 24 bal – 24-cü yer  | 
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin qalibi münsiflər və tamaşaçıların səsverməsi ilə 50/50-yə təyin olunur.
		  
APA