“Eurovision 2012”nin münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələri açıqlanıb
19.6.2012

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsində münsiflər heyətinin və tamaşaçıların ayrı-ayrılıqda səsverməsinin nəticələri açıqlanıb. Həm tamaşaçı, həm münsiflərin rəyinə əsasən İsveç təmsilçisi Lorin (Loreen) birincidir. Ümumilikdə 372 bal toplayan Lorin tamaşaçılardan 343, münsiflərdən 296 bal alıb.

“Eurovision-2012”nin ikincisi olan Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu ümumilikd’ 259 bal toplayaraq məhz tamaşaçıların səsverməsinə görə bu yerə layiq görülüb. Münsiflər heyətinin səsverməsində Rusiya təmsilçiləri 94 balla sadəcə 11-ci yeri tuta biliblər.

3-cü yerin sahibi Serbiya təmsilçisi Jelko Yoksimoviç (ümumi 214) tamaşaçılardan 211 bal, münsiflərdən 173 bal alıb. Münsiflər heyəti Serbiya təmsilçisini 2-ci sırada görüb.

Müsabiqəyə ev sahibliyi edən Azərbaycan təmsilçisi Səbinə Babayeva ümumi 150 bal toplayıb. Tamaşaçılar təmsilçimizə 151 bal verərək onu 5-ci yerə, münsiflər isə 118 bal verərək 8-ci yerə layiq görüblər.

İlk beşliyi tamamlayan Albaniya təmsilçisi Rona Nişliuya (ümumi 146) tamaşaçılar 106 bal (8-ci yer), münsiflər heyəti 157 bal (3-cü yer) verib.

6-cı yeri qazanan Estoniya təmsilçisinə (ümumi 120) tamaşaçılar 78 bal (12-ci yer), münsiflər heyəti 152 bal (6-cı yer) verib. 7-ci sırada qərarlaşan Türkiyə təmsilçisi Can Bonomoya tamaşaçılar 176 bal verərək onu 4-cü yerə, münsiflər isə 50 bal verərək 22-ci yerə layiq biliblər.

Yarışmanın səkkizincisi Almaniya təmsilçisi Roman Lob (ümumi 110 bal) tamaşaçılar tərəfindən 125 balla 6-cı yerə, münsiflər heyəti tərəfindən isə 98 balla 10-cu yerə layiq görülüb. 9-cu sırada olan İtaliya təmsilçisi Nina Zilli (ümumi 101) tamaşaçılardan 56 bal alaraq 17-ci, münsiflər heyətindən 157 bal toplayaraq 4-cü olub.

Ümumi nəticə

Tamaşaçı səsverməsi

Münsif səsverməsi

10 İspaniya - 97 bal

45 bal – 18-ci yer

154 bal – 5-ci yer

11 Moldova – 81 bal

75 bal – 13-cü yer

104 bal - 9-cu yer

12 Makedoniya – 71 bal

79 bal – 11-ci yer

69 bal – 17-ci yer

13 Rumıniya – 71 bal

117 bal – 7-ci yer

53 bal – 20-ci yer

14 Litva – 70 bal

68 bal – 14-cü yer

82 bal – 14- cü yer

15 Kipr – 65 bal

63 bal – 15-ci yer

85 bal – 12-ci yer

16 Ukrayna – 65 bal

37 bal – 20-ci yer

125 bal – 7-ci yer

17 Yunanıstan – 64 bal

89 bal – 9-cu yer

60 bal – 18-ci yer

18 Bosniya və Hersoqovina – 55 bal

57 bal – 16-cı yer

71 bal – 15-ci yer

19 İslandiya – 46 bal

39 bal – 19-cu yer

53 bal – 19-cu yer

20 İrlandiya – 46 bal

89 bal – 10-cu yer

14 balla – 25-ci yer

21 Malta  - 41 bal

10 bal – 25-ci yer

70 bal  16-cı yer

22 Danimarka – 21 bal

18 bal – 23-cü yer

51 bal – 21-ci yer

23 Fransa – 21 bal

0 bal  –  26-cı yer

85 bal – 13-cü yer

24 Macarıstan – 19 bal

20 bal – 22-ci yer

30 bal – 23-cü yer

25 Böyük Britaniya – 12 bal

36 bal – 21-ci yer

11 bal – 26-cı yer

26 Norveç – 7 bal

16 bal – 24-cü yer

24 bal – 24-cü yer


Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin qalibi münsiflər və tamaşaçıların səsverməsi ilə 50/50-yə təyin olunur.

APA