Bakı Musiqi Akademiyasında gənc musiqiçilər üçün ustad dərsləri
22.4.2016

Aprelin 21-dən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc musiqiçilər üçün ödənişsiz ustadlıq dərslərinə başlanılıb.

Akademiyadan bildirilib ki, aprelin 23-dək davam edəcək dərslərdə tələbələr ən yaxşı orkestrlərin əsas ifaçıları və məşhur professorlar Pol Kortez (viola ifaçısı, Filadelfiya simfonik orkestri, Barselona Liseo opera teatrı) və Dan Cenkins (trombon ifaçısı, BBC simfonik orkestri) ilə işləmək şansı qazanacaq, onlarla birgə orkestrlə işləməyin sirlərini aşkarlayacaqlar.

azertag.az