Qoç - İş üçün münasib gündür. Bürcün əksər nümayəndələri əhəmiyyətli peşə uğurları əldə edəcəklər, inadkarlıqları sayəsində rəqiblərini qabaqlaya biləcəklər. Kimsə sizə həsəd aparsa da, ziyan vura bilməyəcək. Çünki bu gün düşmənlərinizin sayından çox müttəfiqlər tapacaqsınız.
Həyatınıza təsir edəcək gözlənilməz hadisə baş verə bilər. Sizdən asılı olmayan səbəblərdən ailə həyatınızda nəsə dəyişəcək. Uzaq və riskli səfərlərdən imtina etmək tövsiyə olunur. Zədə almağınız mümkündür.
Buğa - Başladığınız işləri sakitcə davam etdirin, təxribatlara uymayın. Yeni işlərə başlamağa, gücünüzü sınamadığınız sahələrdə başgicəlləndirici uğurlar əldə etməyə çalışmağa dəyməz.
Gün dostlarla ünsiyyət və romantik görüşlər üçün çox münasibdir. Səfərlər də planlaşdırmaq olar. Yəqin ki, onlar yaxşı keçəcək. Təmirə başlamaq, daşınmaz əmlak tövsiyə olunmur. Həyat potensialı yüksəkdir.
Əkizlər - Səy göstərsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Hərəkətlərinizdə ardıcıl olun, kiminsə sizə təzyiq göstərməsinə imkan verməyin. Əgər hansısa yeni işə başlayırsınızsa, müttəfiqlərinizin dəstəyini alın. Çətinliklərin öhdəsindən gəlmək çox çətin olacaq. Cüzi pul gəliri mümkündür.
Gün ailəvi problemlərin həlli, eləcə də, müxtəlif ev işləri üçün münasibdir. Qonaq qəbul etmək olar.
Xərçəng - İşgüzar ünsiyyət baxımından o qədər də əlverişli gün deyil. Siz artıq çox şey danışır, öz sirrlərinizi lazım olmayan adamlara çox tez-tez açırsınız. Hansı məsələlərin diqqətə layiq olduğunu müəyyənləşdirmək çətindir. Ona görə də boş şeylərə xeyli vaxtınız gedəcək.
Bu gün yaxınlarınız çətin ki, ailə problemlərinizin həllində sizə yardım etsinlər. Təkbaşına zəhmət çəkməyə hazır olun. Həyat potensialı aşağıdır, günün ikinci yarısında naxoşluq mümkündür.
Şir - Yaxın gələcəyin planlarını qurmaq üçün münasib gündür. Sizin üçün hadisələri əsl rəngində görmək, nəyin nə yerdə olduğunu müəyyənləşdirmək çətin deyil. Bürcün bir çox nümayəndələri intellektual məsələlərin öhdəsindən əla gələcəklər.
Siz tək peşə sahəsində yox, şəxsi həyatda da məntiqə əsaslana biləcəksiniz. Bu gün növbəti dəfə əmin olacaqsınız ki, bu yanaşma həyatı sadələşdirir. Sevdiyiniz adamla köhnə fikir ayrılıqlarının aradan qaldırılması mümkündür.
Qız - Siz qısa vaxtda çox şeyə nail olmaq istəyirsiniz və bu, ən böyük səhvinizdir. Məhz indi səbirli olmağa və sizin üçün nəyin doğrudan da vacib olduğunu düşünməyə dəyər. Sağlam düşüncə ilə planlar qurun, təxribatlara uymayın. Yalnız ehtiyatlılıq sizə mənəvi rahatlıq verə bilər.
Öz işlərinizi yaxınlarınızla müzakirə edərkən kəskin ifadələrdən çəkinin. Ətrafdakılar sizin mənfi emosiyalarınız qarşısında şoka düşə, məyus ola bilərlər.
Tərəzi - Bu gün sizdən nə xüsusi əmək şücaəti, nə də yüksəkliklərin fəthini tələb edəcək. Sadəcə olaraq, özünüz üçün rahat olduğu kimi hərəkət edin və hər şey əla olacaq. Bəzi Tərəzilər bütün işləri təxirə salmağı, bütün günü bekar qalmağı istəyəcəklər. Bürcün nümayəndələri bu gün bunu da edə bilərlər.
Şəxsi münasibətlərdə problemlər mümkündür. Onların digər məsələləri ikinci sıraya keçirəcək qədər ciddi olacağı istisna deyil. İri bazarlıqlardan imtina etmək tövsiyə olunur. Pulunuzla nə qədər tez və həvəslə vidalaşsanız, sonralar bir o qədər çox peşman olacaqsınız.
Əqrəb - Asan olmayacaq. Həyatın bütün sahələrində ciddi problemlər yarana bilər. Ən yaxşısı kiminsə gözünə görünməmək, gizlənməkdir. Amma təəssüf ki, sizi axtarıb tapacaqlar. Ən azı sövdələşmələrdən, vacib sənədləri imzalamaqdan çəkinin.
Siz çox unutqansınız və əvvəllər verdiyiniz vədləri tez-tez unudursunuz. Üstəlik, hansısa çoxdankı sirrinizin üstü açıla bilər. Pis xəbəri ətrafdakılara necə çatdırmaq barədə ciddi düşünmək lazım gələcək.
Oxatan - Yaradıcı təxəyyülün artması, yeni üfüqlərin açılması ilə yadda qalacaq maraqlı və çox şey vəd edən gündür. Siz heç kimin yola getmədiyi adamlarla dil tapmağa qadirsiniz. Bundan peşəkar mövqelərinizin möhkəmləndirilməsi üçün istifadə edin.
Gün maddi baxımdan əlverişli deyil. Hədər xərc ehtimalı yüksəkdir. Nəticədə heç nəsiz qala biləcəyiniz avantüraya getmək riski var. Şəxsi problemlərin həlli üçün pis gün deyil. Əcnəbilərlə romantik tanışlıq mümkündür.
Oğlaq - Daha bir çətin gün. Ətrafdakılarla, nəinki, heç cür dil tapa, həm də öz baxışlarınızı aydın şəkildə və heç kimi incitmədən ifadə edə bilməyəcəksiniz. Unutmayın ki, yaranmış vəziyyət ümidsiz deyil. İnsanlara doğru ilk addımı siz atın və onlar da buna eyni hərəkətlə cavab verəcəklər.
Dövlət instansiyalarının nümayəndələri ilə iş görmək, sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmaq məsləhət deyil. Qanunu pozmayın. Bunun cəzası çox ağır ola bilər.
Dolça - Pis gün deyil. Fəaliyyətinizi bir məqsədə yönəldin və göstərdiyiniz səylərə görə heyfsilənməyəcəksiniz. Yeni işlərə girişmək olar. Siz heç gözləmədiyiniz yerlərdə də uğur qazanmağa qadirsiniz. Gün nüfuzlu şəxslərlə ünsiyyət, iş və karyeraya dəyər məsələlərin müzakirəsi üçün münasibdir.
Ulduzlar Dolçalara ağıllı və təcrübəli adamların məsləhətlərinə qulaq asmağı israrla tövsiyə edirlər. Bir çox problemlərin həllinə məhz bu, imkan verəcək. Sual verməkdən qorxmayın. Alacağınız cavablar yəqin ki, sizi sevindirəcək.
Balıqlar - Bu gün səy göstərsəniz, həyatınızda çox şeyi dəyişə bilərsiniz. Unutmayın ki, təşəbbüs göstərmədən əhəmiyyətli heç nə baş verməyəcək. Yeni nəsə öyrənmək, vacib məlumat almaq imkanını əldən verməyin. Pul gəlməsi mümkündür.
Dostlarla görüşlərin xoş keçəcəyi vəd edilir. Romantik görüşlərin isə ümidlərinizi doğruldacağını gözləməyə dəyməz. Bu gün əksər Balıqlar başlarını asanlıqla itirirlər, sonradan peşman olacaqları hərəkətlər edirlər. Günün ikinci yarısında miqren, yuxusuzluq gözlənilir.
Milli.Az