1783-cü il. Fransanın Annon şəhərində insan çəkisinə bərabər olan yüklə ilk hava şarı səmaya buraxılıb.
1901-ci il. Dünyada ilk dəfə olaraq ABŞ-ın Nyu-York ştatında avtomobillərdə dövlət nömrə nişanı tətbiq olunmağa başlanıb. Qəbul olunan qərara əsasən, avtomobil sahibləri məcburi qaydada öz nəqliyyat vasitələri üçün nömrə almalı idilər. Azərbaycanda ilk dəfə avtomobil nömrələri ötən əsrin 50-ci illərdə verilməyə başlanıb.
1945-ci il. BMT Nizamnaməsinin işlənib hazırlanması ilə bağlı beynəlxalq San–Fransisko konfransı işə başlayıb. İyunun 26-dək davam edən konfransda BMT-ni təsis edən 50 ölkənin nümayəndələri iştirak ediblər.
1947-ci il. Portuqaliyada Qərənfil inqilabı baş verib. Zorakılıq istifadə edilmədən həyata keçirilən hərbi çevriliş nəticəsində ölkədə 45 illik faşist diktaturasına son qoyulub.
azertag.az