Bu il ən çox sevilən markaların ilk beşliyində iki avtomobil markası da yer alıb.
Alman avtomobil istehsalçısı “BMW” internet və texnologiya üzrə dünyada ön sıralarda olan brendləri də geridə qoyaraq ən çox sevilən marka oldu.
“Raputation İnstitut” tərəfindən təşkil edilən sorğuda 47 min avtomobil sürücüsünə ən çox sevdikləri avtomobil haqqında soruşulub.
Nəticədə “dünyanın ən çox sevilən 100 markası” adı altında keçirdiyi sorğuda BMW bütün rəqiblərini geridə buraxaraq “ən çox sevilən marka” olub.
Ötən il ilk pillədə olan “Google” isə bu il birdən-birə 6-cı pilləyə geriləyib. Ötən il 2-ci olan “Apple” da geriləyənlər arasındadır – 5-ci yer. Şirkətin etibar itirməsinə səbəb isə şirkətin patent məsələsi ilə bağlı problemləri səbəb olub.
Yaponiyanın texnologiya şirkəti “Sony” isə bu il sürətlə inkişaf edərək siyahıda “BMW-dən sonra 2-ci pilləyə qalxıb. Yaponlar ötən il baş verən fəlakətdən sonra tezliklə özlərinə gəlməyi bacarıblar.
Siyahıda 3-cü yerə “Disney” sahib olub. Digər alman avtomobil markası “Volkswagen” də özünə ilk beşlikdə yer tapıb və 4-cü yeri tutub.
Gün.Az