Azərbaycanlı yeniyətmə "Qolos"un finalında
25.4.2016

Final aprelin 29-da keçiriləcək.

Rusiyanın Birinci kanalında uşaqlar arasında keçirilən "Qolos" səs yarışmasının finalçıları məlum olub. 15 yaşlı azərbaycanlı iştirakçı Azər Nəsibov finala yüksəlib. Yeniyetmə cari mövsümün finalçıları sırasına ötən həftə daxil olub.

Azər 4 yaşından oxuyur. Onun ailəsi Leninqrad vilayətinə Azərbaycandan köçüb və hazırda onların meyvə-tərəvəz mağazası var.

Azərin kumiri Müslüm Maqomayevdir və münsiflər heyəti ondan azərbaycan dilində mahnı oxumağı xahiş edəndə o məhz Maqomayevin "Azərbaycan" mahnısını ifa edib. Seçim turunda isə istedadlı həmyerlimiz "Scorpions" qrupunun "Maybe I Maybe You" mahnısını oxuyub.

anspress