İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 25-30 dərəcə isti olacaq.
Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 20-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
APA