Yer kürəsi yaxınlığından iki nəhəng asteroid keçib
26.4.2016

Bu gün saat 03:00-da və 06:00-da Yer kürəsi yaxınlığından 2 iri asteroid keçib. Beynəlxalq astronomik şuranın kiçik planetlər mərkəzinin məlumatına əsasən, asteroidlərin ölçüsü müvafiq olaraq 490 və 540 metr təşkil edib. Səma cisimləri Yerdən 7 və 10 milyon km uzaqlıqdan keçib.

Yer kürəsi yaxınlığından keçən ilk asteroid 2003-cü ildə Linkoln rəsədxanası ilə əməkdaşlıq edən astronomlar tərəfindən aşkar olunub. Onun ölçüləri dəqiq müəyyən edilməyib və məlumatlara görə, 170-540 metr təşkil edir.

Bu gecə 2003 KO2 Yer kürəsindən 6,9 milyon km aralıqda keçib. Bu məsafə Ay və Yer arasında olan məsafədən 18 dəfə çoxdur.

Lakin mütəxəssislər narahatlığa bir əsas görmürlər – 2003 KO2-nin Yer kürəsi ilə toqquşması ehtimalı azdır.

Digər asteroid 2016 FE1-in ölçüləri isə 160-490 metr təşkil edir və onun da Yer üzərinə düşməsi riski azdır.

anspress.com