Ankarada bir neçə küçəyə Azərbaycan bölgələrinin adları verilib
20.6.2012

Türkiyənin paytaxtı Ankara şəhərində bir neçə küçəyə Azərbaycan bölgələrinin adları verilib.

Ankara Böyükşəhər Bələdiyyə Məclisi tərəfindən qəbul edilən 833 saylı qərarla və Ankara Valiliyinin təsdiqi ilə Ankara şəhərinin 1-ci Orqanizə Sənaye bölgəsində olan 4 adsız küçəyə Azərbaycanın tarixi və bölgə adlarını özündə əks etdirən adlar verilib. Bunlar aşağıdakılardır:

- 4 saylı küçə - Naxçıvan küçəsi;
- 7 saylı küçə - Qarabağ küçəsi;
- 8 saylı küçə - Qaraqoyunlu küçəsi;
- 9 saylı küçə - Ağqoyunlu küçəsi.

Qeyd edək ki, bundan əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaradakı prospektlərdən birinə Xocalı adı verilmişdi.

Trend