Teatr “Qostinıy dvor” festivalında iştirak edəcək
26.4.2016

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti daha bir Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün dəvət alıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, dəvət Rusiya Federasiyası Orenburq vilayətində mayın 27-dən iyunun 2-dək keçiriləcək.

“Qostinıy dvor” VIII Beynəlxalq Teatr Festivalından gəlib. Bu dəfə kollektiv ölkəmizi artıq bir neçə Beynəlxalq Teatr Festivalında uğurla təmsil etmiş L.Nurenin "Mən gəldim, qızlar" ("Müharibə") tamaşası ilə iştirak edəcək.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur. Rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edirlər.

Qeyd edək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcək. Ilk dəfə 1994-cü ilin yayında təşkil olunmuş festival Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrin bərpası və daha da möhkəmləndirilməsidir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın ilk günündən iyunun 5-dək dörd beynəlxalq teatr festivalında iştirak edəcək.

azertag.az