Böyük şair Hüseyn Cavidin irsi İsmayıllıda geniş təbliğ olunub
26.4.2016

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyi dahi dramaturq, filosof şair Hüseyn Cavidin həyatı, yaradıcılığı və ədibin ev muzeyinin fəaliyyətinin təbliği məqsədilə silsilə tədbirləri davam etdirir. Muzeyin bir qrup əməkdaşı İsmayıllı rayonunda elmi ezamiyyətdə olub.

Muzeydən bildiriblər ki, ezamiyyət müddətində İsmayıllı rayon mədəniyyət və turizm şöbəsində olan əməkdaşlar muzeyin fəaliyyəti barədə ətraflı məlumat veriblər. Dahi dramaturqun gələn il qeyd olunacaq 135 illik yubileyi münasibətilə İsmayıllı rayonunda respublika elmi konfransının keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

İsmayıllının mədəniyyət müəssisələrində və orta məktəblərdə şagirdlərlə keçirilən görüşlərdə də böyük şairin zəngin yaradıcılığından söz açılıb.

azertag.az