Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buraxılış imtahanlarının nəticələri TQDK-nmın rəsmi internet saytında yerləşdirilib. Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Qiymət   | Fənlər üzrə düzgün cavabların sayı   | 
Ana  dili (Azərbaycan bölməsi)  | Rus dili (rus bölməsi)  | Riyaziyyat   | 
2  | 0-4  | 0-4  | 0-4  | 
3  | 5-16  | 5-16  | 5-15  | 
4  | 17-25  | 17-24  | 16-25  | 
5  | 26-30  | 25-30  | 26-30  | 
Ümumi  orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında
 Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test 
tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan 
şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının  sayının 5 ballıq qiymət 
şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı  cədvəldə təqdim olunur:
Qiymət   | Fənlər üzrə düzgün cavabların sayı   | 
Ana  dili (Azərbaycan bölməsi)  | Ana dili (rus bölməsi)  | Riyaziyyat   | 
2   | 0-4   | 0-4   | 0-4   | 
3   | 5-14   | 5-14   | 5-14   | 
4   | 15-23   | 15-22   | 15-21   | 
5   | 24-30   | 23-30   | 22-30   | 
APA