“Hədəf” nəşrlər evinin dəstəyi ilə gənc, istedadlı yazıçı Müşviq XANın yeni “5.45” adlı kitabının “imza günü” keçirilib.
Nəşrlər evindən bildirilib ki, müəllifin sayca 10-cu bədii kitabı olan “5.45”də ayrı-ayrı zamanlarda qələmə aldığı 15 hekayəsi toplanıb.
Bildirilib ki, “Tənha canavar”, “Ünvansız sevgi”, “Sonuncu hədiyyə”, “U geni”, “Yolka işığında qətl” və “Milanaya məktub” detektiv romanlarından sonra “5.45” detektiv janrda olmayan ilk nəsr kitabıdır. Bu kitabda müəllifin müraciət etdiyi əsas mövzu müharibə və sevgi süjetləri üzərində qurulub.
azertag.az