Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Binə qəsəbə Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş fotosərgi nümayiş etdirilib.
Fotoguşədə Zərifə xanım və onun ailə üzvlərinin şəkilləri nümayiş olunub.
Tədbirdə vurğulanıb ki, dünya şöhrətli alim və ictimai xadim, akademik Zərifə xanım Əliyeva zülmət və qaranlıqla mübarizə aparan, insanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu qayğıkeş insanın ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir.
Qeyd olunub ki, fotosərgi aprelin 30-dək davam edəcək.
azertag.az