Lənkəran Teatrı Gənc Tamaşaçılar Teatrında çıxış edəcək
26.4.2016

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir.
Lənkəran Teatrı mayın 4-5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində iki tamaşa nümayiş etdirəcək.

Lənkəran Teatrı Bakı tamaşaçılarına Eduardo de Filipponun "Ruhlar" və Bəhram Beyzainin "İlan Sultan" tamaşalarını təqdim edəcək.

Tamaşalar mayın 4-5-də Gənc Tamaşaçılar Teatrının səhnəsində saat 19:00-da nümayiş etdiriləcək.

report.az