AZAL Alanyaya olan uçuşları təxirə salıb. Bu barədə Türkiyə mətbuatı xəbər verir. Belə ki, AZAL iyul ayından Türkiyənin kurort şəhərlərindən olan Alanyanın Qazipaşa beynəlxalq hava limanına başlamağı planlaşdırdığı aviareysləri təxirə salıb.
Bunun səbəbi açıqlanmır. Qeyd edək ki, Alanya Türkiyənin ən çox turist gedən şəhərlərindəndir.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, AZALJET-in Alanyaya aviareyslər ilə bağlı planları dəyişib: "Aviaşirkət bu mövsüm Alanyaya aviareyslərin yerinə yetirilməyəcəyi barədə qərar qəbul edib. Bizim Türkiyədəki tərəfdaşımız turistlərimizin Antalyadan Alanyaya yerüstü nəqliyyatlar vasitəsi ilə daşınmasını təmin edəcək", - deyə qurum rəsmisi bildirib.

AZAL Türkiyənin adıçəkilən şəhərinə uçuş planlaşdırdığı barədə bu ilin qışında açıqlama vermişdi. Uçuşlar həftədə bir dəfə olmalı idi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna baxmayaraq əvvəlcədən planlaşdırıldığı kimi Almaniyanın "Germania Air" və Norveç Hava Yollarına məxsus birbaşa aviareyslərin həyata keçiriləcəyini deyib. İlk uşuş 1 mayda olacaq.
"Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən bu günə kimi Türkiyənin Antalya, Bodrum, İzmir və digər şəhərlərinə birbaşa aviareyslər həyata keçirilib.
anspress