Bakının əsas prospektlərində sıxlıq yaranıb
27.4.2016

Bu gün Bakı şəhərinin yollarında nəqliyyat vasitələrinin hərəkətində nisbi sıxlıq müşahidə edilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə edilən məlumata görə, hazırda Ziya Bünyadov prospekti ("Koroğlu" metro stansiyası istiqamətində), Əbdülvahab Salamzadə küçəsində, həmçinin Bakı-Sumqayıt şosesində (paytaxta doğru) və Babək prospektində (Heydər Əliyev prospektinə doğru) avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.

Qeyd edək ki, Z.Bünyadov prospektində səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi də hərəkəti çətinləşdirib.

report.az