Bakıda “Əzab” filmi nümayiş etdiriləcək
27.4.2016

Bakıda “Əzab” adlı Türk filminin premyerası olacaq.

Məlumata görə, ekran əsərinin ilk nümayişi sabah, yəni aprelin 28-də “Cinema Plus” və “Aygün City” kinoteatrında keçiriləcək. Mayın 1-də isə Gəncə sakinləri “Xəmsə Park”-dakı “Cinema Plus” kinoteatrında “Əzab”a tamaşa edə biləcəklər.

Filmə Türkiyənin tanınmış rejissorları Dilek Keser və Ulaş Güneş Kaçargil quruluş verib. Ekran əsərində əsas rolları son illər bir çox maraqlı obrazları ilə yadda qalan və sevilən aktyorlar İrem Deniz, Ayşe Selen, Dilşah Demir, Sonya Dicle Akbaş, Ayşin Yeşim Çapan ifa edir.

lent.az