Dövlət Pantomima Teatrı sentyabrda yeni mövsümü irlandiyalı yazıçı Semuel Bekketin əsərləri əsasında səhnələşdirilmiş “Qaranlıq” tamaşası ilə açmışdır.
Tamaşanın rejissoru Bəhruz Vaqifoğludur. 45 dəqiqəlik tamaşanın plastik həlli teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadəyə məxsusdur. Baş rollarda Əməkdar Artist Nargilə Qəribova, Ceyhun Dadaşov, Elnur İsmayılov və Əli Əlizadə oynamışdır.
Qəhrəmanı bir yazıçı olan bu tamaşa qaranlıq yaxşıdır, yoxsa pisdir ideyası üzərində qurulmuşdur.