Günün qoroskopu
20.6.2012

Qoç - Qoçlar döyüş əhval-ruhiyyəsindədirlər. Onların yolunu kəsməyə risk eləyənlərin halına yalnız acımaq olar. Siz şöhrətpərəst və ambisiyalısınız, əngəlləri görmək istəmir, çətinlikləri mümkün qədər tez aşmağa can atırsınız.

Gün romantik münasibətlərə başlamaq üçün münasibdir. Amma qeyd etmək lazımdır ki, onların faydası olmayacaq. Qoçlar şəxsi maddi rifahlarının qayğısına qalacaqlar. Amma bunu o qədər mehribanlıqla edəcəklər ki, heç kim onları buna görə qınamayacaq.

Buğa - Bir çox Əqrəblərin ətrafdakılarla ünsiyyətində problemlərin yarana biləcəyinə baxmayvaraq, günü pis hesab etməkolmaz. Söhbət ciddi probelmlərdən yox, yalnız xırda uğursuzluqlardan gedir. Ona görə də təslim olmağa tələsməyin. İtki və ziyan mümkündür. Buna sakit yanaşın, sağlam düşüncəni itirməməyə çalışın.

Sevdiyiniz insanla münasibətdə eyham və qeyri-müəyyənlikdən uzaq durun. Nəzərə alın ki, o, sizi çox tez-tez düz başa düşməyəcək. Məhz bu, fikir ayrılıqlarına səbəb olacaq. Əgər daha səmimi olsanız, münasibətlər tezliklə yoluna düşəcək.

Əkizlər - Çətin ki, bu gün təklikdə qalmağa və baş verənləri düşünməyə imkanınız olsun. Özü də bir qədər sakitlik və səssizlik pis olmazdı. Amma həyata keçməyəcək şeyi arzulamaq nəyə lazımdır? Yaxşısı budur, çoxsaylı görüşlərə hazırlaşın, maraqlı tanışlıqlar üçün əlverişli məqamdan istifadə etməyə çalışın. Qadınlarla münaşilər mümkündür. Yaşlı qadın sizə təzyiq etməyə çalışacaq.

Günün mənfi cəhətlərinə emosional fonun qeyri-sabitliyini aid etmək olar. Məhz buna görə ovqatınız korlanacaq.

Xərçəng - Emosional vəziyyətiniz sabit deyil, ovqatınız tez-tez dəyişir. Ona görə də sizinlə iş görmək çətindir. Üstəlik, bir neçə məsələni birdən həll etməli olacaqsınız. Təbii ki, bu, sizin həyatınızı asanlaşdırmayacaq. İşgüzar danışıqlar üçün o qədər də yaxşı gün deyil.

Zədə təhlükəsi var. Alətlər və ağır mexanizmlərlə işləyərkən çox ehtiyatlı olun. Bir çox Xərçənglər bu gün fantaziyalarına sağlam düşüncədən daha böyük önəm verəcəklər. Bu səbəbdən də onlar ekstravaqant, mənasız və gülməli hərəkətlərə yol verə bilərlər.

Şir - İşgüzar aktivlik aşağıdır. Vaxtınızın böyük hissəsi xoş, amma predmentsiz danışıqlarda keçəcək. Bu, əvvəlcə sizi əyləndirsə də, tezliklə əsəbiləşdirməyə başlayacaq. Siz ətrafdakılara pis yanaşmırsınız. Amma onlardan da bunu əbəs yerə gözləyirsiniz. Qeyri-konstruktiv tənqidin və amansız rişxəndin qurbanı ola bilərsiniz. İşi şou-biznes və əyləncə sahəsi ilə bağlı Şirlər üçün gün pis keçməyəcək.

Bu gün işdə məhəbbət macərası başlaya bilər. O, parlaq, qızğın və yadda qalan olacaq, amma çox uzun sürməyəcək. Əvvəllər verdiyiniz vədləri unutmayın.

Qız - Bu gün yaranan bütün problemləri həll etmək üçün o qədər də çox şey lazım deyil. Fantaziyanıza sərbəstlik vermək kifayətdir və o, qarşınızda sizi məqsədinizə doğru aparan yolları açacaq. Münasibətlərin yoluna qoyulması, münaqiələrin həlli üçün əla gündür.

Kadr məsələləri ilə məşğul olmaq, işə adam götürmək və ya kimisə işdən qovmaq tövsiyə olunmur. Bu gün çətin ki, həmfikir və müttəfiq tapa biləsiniz. Əvvəldən tutulmuş plana sadiq qalmaq çətin olacaq. Şəraitə uyğunlaşmaq lazım gələcək.

Tərəzi - Bürcün həssas nümayəndələrinə ilk baxışdan göründüyü qədər də pis gün deyil. Sizin vəzifəniz əliniz çatdığı hər yerdə qayda yaratmaqdır. Hər şeyi - əşyaları, hissləri və arzuları öz yerlərinə qoyun. Bu günkü əhval-ruhiyyəniz ulduzların təsirindən daha çox intizamlılığınızdan və mütəşəkkilliyinizdən asılıdır.

Gün iş üçün münasibdir. Bu işin tərkibində yaradıcılıq nə qədər çox olsa, müsbət tendensiyaların təsiri də bir o qədər güclü olacaq. Sizi xeyli maraqlı görüş gözləyir. Görüşlərin bəziləri əsəbilik yaratsa da, nəticədən narazı qalmayacaqsınız.

Əqrəb - Nə qədər çətin olsa da, sakitliyinizi qoruyun. Yoxsa, gün sizə lazım olduğu kimi keçməyəcək. Unutmayın ki, siz təkcə yaxşı taktik yox, həm də bacarıqlı strateq olmalısınız. Xərcləri azaltmaq, düşünülməmiş bazarlıqlardan imtina etmək tövsiyə olunur.

Ovqatınız tez-tez dəyişəcək, hərəkətləriniz bəzən ətrafdakıları çıxılmaz vəziyyətdə qoyacaq. İzahatlardan və uzun söhbətlərdən qaçmaq istəyirsiniz. Amma bu gün onlarsız keçinmək mümkün olmayacaq. Qəfil yaranan imkandan istifadə etmək üçün ənənəvi nizamdan imtina etmək lazım gələcək.

Oxatan - Bu gün nailiyyət və qələbər vəd edir. Yaranan bütün imkanlardan istifadə edin, şansın yanından keçməyin, təklifləri qəbul edin. Problemlər siz onların çətinliyini sonadək anlamadan həll olunacaq. Ətrafdakılara yardım göstərmək, xeyriyyə tədbirlərində iştirak etmək üçün münasib gündür.

Günün ikinci yarısında ovqatınız bir qədər korlanacaq. Buna uğurğuz bazarlığın səbəb olacağı ehtimalı yüksəkdir. Gün ünsiyyət üçün əlverişlidir. Həm dostlarla görüş, həm də romantik görüşlər yaxşı keçəcək.

Oğlaq - Bürcün nümayəndələri istənilən mübarizəyə girməyə hazırdırlar və onlar qalib kimi çıxacaqlarına şübhə etmirlər. Bu gün doğrudanda ulduzların dəstəyinə bel bağlaya bilərsiniz. Amma nəzərə almaq lazımdır ki, bu dəstək sonsuz deyil. Hansısa nüfuzlu şəxsdən yardım almaq olar. Bununla belə, buna görə ona göstərilən xidmət çox yüksək olacaq.

Gün müstəqil fəaliyyət, hesabatların, digər sənədlərin öyrənilməsi və hazırlanması üçün münasibdir. Əcnəbilərlə ünsiyyətdə problemlər yarana bilər. Uzaqdan gələn xəbər sizi planlarnızı dəyişdirməyə vadar edəcək.

Dolça - Siz ətrafdakılara çox az diqqət yetirirsiniz. Bu, pisdir. Çünki, ətrafda diqqətlə nəzər yetiriləsi adamlar var. Küsəyənlik, tənqidə hədsiz həssaslıq sizin uğur əldə etməyinizə mane ola bilər. İş danışıqları uğursuz keçəcək, kimsə sizi öz iradəsinə tabe etdirməyə çalışacaq.

Gün qonaq, eləcə də uzaqdan gələnləri qəbul etmək üçün münasibdir. Günün ikinci yarısında səfərlər yaxşı alınacaq. Turist göndərişləri, bilet, eləcə də, səyahətlər üçün lazım olan digər şeyləri almaq olar.

Balıqlar - Bu gün işdə uğurlar vəd edir. Siz qarşınıza yüksək məqsədlər qoyur və onlara çatmaq üçün səy göstərirsiniz. Talenin hədiyyələrini gözləmədən öz gücünüzə arxalanın. Hadisələrin inkişafı göstərəcək ki, məhz belə yanaşma doğrudur. Nüfuzlu adamların dəstəyini qazanmaq, investorlar və nüfuzlu himayədarlar tapmaq olar. Pul gələ bilər, özü də çoxlu.

Yaradıcılıq potensialı yüksəkdir. Balıqlar təb və yaxşı ideya çatışmazlığından şikayətlənə bilməzlər. Şəxsi problemlərin həlli üçün münasib gündür. Xoşunuza gələn adamı görüşə dəvət etmək olar.

Milli.Az