Flora Kərimova üzündən əməliyyat olunub
20.6.2012

Azərbaycanın xalq artisti Flora Kərimova üzündən plastik əməliyyat keçirib. Bununla bağlı açıqlama verən F.Kərimova əməliyyatın Bakıdakı özəl klinikalardan birində tələbə yoldaşı, cərrah Tofiq Quliyev tərəfindən həyata keçirildiyini deyib.

Müğənni, cərrahiyyə əməliyyatının bir neçə gün əvvəl olduğunu və hazırda özünü yaxşı hiss etdiyini deyib: “Əməliyyatdan az müddət keçdiyi üçün hazırda üzümdə şişkinlik əlaməti hiss olunur. Bu əməliyyatı etməyi uzun müddətdir planlaşdırırdım və bunu gerçəkləşdirdim. Nəticənin ürəkaçan olacağına inanıram. Düşündüm ki, bu yaşda bunu da etmək lazım idi”.

F. Kərimova deyib ki, o, əməliyyatdan dərhal sonra evə gətirilib.

APA