"​AmCham" rəhbərliyi "SOCAR CNG" ilə görüş keçirib
27.4.2016

Amerika Ticarət Palatası (AmCham), "PwC" və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri arasında görüş keçirilib.

Görüşdə "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova, "PwC"-nin Məsləhət Departamentinin direktoru Nazim Hacıyev və “SOCAR CNG” MMC-nin baş direktoru Elnur Mustafayev iştirak edib.

"AmCham"ın icraçı direktoru N.Məmmədova bu yaxınlarda Bakıda keçirilən "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" beynəlxalq konfransına sponsorluq etdiyinə görə “SOCAR CNG”yə təşəkkür edib.

"PwC"nin Məsləhət Departamentinin direktoru N.Hacıyev çıxışında yaşıl enerji siyasəti və aşağı karbon iqtisadiyyatı, normativ aktlar və qarşıda duran məsələlərdən danışıb.

“SOCAR CNG” MMC-nin baş direktoru E.Mustafayev isə “Alternativ nəqliyyat yanacağı kimi sıxılmış təbii qaz (CNG)” mövzusunda etdiyi çıxışda isə "SOCAR CNG" haqqında məlumat verib və şirkətin gördüyü işlər və gələcək planlarını açıqlayıb.

report.az