Sürücülərin nəzərinə: Son 2 gün qaldı
28.4.2016

Mayın 1-də MDB istehsalı olan avtobillərin texniki baxışdan keçmə müddəti başa çatır.

Həmin avtomobillərin sürücülərinə avtomobilıərini texniki baxışdan keçirmək üçün verilən 3 aylıq vaxt mayın 1-i başa çatır. Qanunun tələbini əməl etməyən sürücüləri isə 50 manatlıq cərimə gözləyir.

Texniki baxış zamanı isə avtomobilin işıq cihazları, sükan idarəetmə mexanizmi, havaya buraxdığı zərərli qazın miqdarı yoxlanılır, eyni zamanda, yanğın söndürən balon, qəza dayanma nişanı və tibb çantasına baxılır. Avtomobilə əlavə avadanlıqlar quraşdırıldıqda isə həmin maşın texniki baxışdan keçirilmir.

publika.az