Növbəti ilin mart ayında Cənubi Koreyanın elektronika istehsalçısı “Samsung” şirkəti İsveçrənin “Grisogono” zərgərlik şirkətinin iştiraklı ilə yeniliyə imza atacaq.
Məlumata görə, iki şirkət bazara “Gear S3” smart-saatının superlüks variantını çıxarmağı planlaşdırır.
Qərbin ixtisaslaşmış KİV-nin məlumatına görə, zərgərlik şirkətinin rəsmiləri artıq cihazın ayrı-ayrı elementlərinin yaradıldığını təsdiqləyiblər.
Yeni elit smart-saatın istehsalı iki şirkətin “Samsung Gear S2”-nin xüsusi versiyasının tərtibatından sonra birbaşa əməkdaşlıqlarının davamı olmalıdır. O zaman cihazın bəzədilməsi üçün çəhrayı qızıldan yararlanaraq bezeldən, həmçinin onlarla ağ və qara brilyantdan istifadə olunub. “Samsung Gear S2” versiyasının qiyməti 15 min dollardır.
lent.az