BP Azərbaycandakı platformalar üçün Britaniya şirkəti ilə müqavilə imzalayıb
28.4.2016

Böyük Britaniyanın "Wood Group" şirkəti BP şirkəti ilə Azərbaycandakı layihələr üçün 500 mln. dollar məbləğində beş il müddətinə müqavilə imzalayıb.
Bu barədə şirkət məlumat yayıb.

Müqaviləyə görə, şirkət BP-nin operatoru olduğu 8 platformada mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə xidmətlər göstərəcək.

Qeyd olunub ki, bu müqavilə 200 yeni iş yerinin yaradılmasına imkan verəcək.

report.az