Böyük Britaniyanın "Wood Group" şirkəti BP şirkəti ilə Azərbaycandakı layihələr üçün 500 mln. dollar məbləğində beş il müddətinə müqavilə imzalayıb.
Bu barədə şirkət məlumat yayıb.
Müqaviləyə görə, şirkət BP-nin operatoru olduğu 8 platformada mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə xidmətlər göstərəcək.
Qeyd olunub ki, bu müqavilə 200 yeni iş yerinin yaradılmasına imkan verəcək.
report.az