Valideyndən aliment tutulması haqqında qətnamə dərhal icra ediləcək
28.4.2016

Azərbaycanda valideyndən aliment tutulması haqqında qətnamənin dərhal icra edilməsi təklif olunur. Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Ali Məhkəmənin Milli Məclisə (MM) təqdim etdiyi "Mülki Prosessual Məcəllədə dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, dərhal icra edilmə halları istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmçinin, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

report.az