Qoç - Əsəblərinizi gərməklə özünüzü gücə salmayın. İşlərinizdəki uğurlarınızı artırmaq üçün öz gücünüzə inamla çalışın. Qarşıya qoyduğunuz biznes planlarını uğurla həll edəcəksiniz. Səhhətinizə qarşı diqqətli olun.
Buğa - Səhhətiniz sizin üçün problem yaratmayacaq. Maliyyə planlarını həyata keçirərkən xeyli əngəllərlə üzləşəcəksiniz. Ünsiyyətlərinizdə səmimilik və fədakarlıq xoş ovqat yaradır. Romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Əkizlər - Səhhətiniz sizdən diqqətli olmağı tələb edir. Özünüzü gərgin və yorğun hiss edəcəksiniz. Yaxşı rəftar göstərdiyiniz adamların köməyinə ehtiyacınız olacaq. Biznes planlarını həyata keçirmək yönündəki çalışmalarınızda əməli nəticə yoxdur.
Xərçəng - Hələ ki biznes planlarını həyata keçirməkdən ötrü çalışmalarınızda əməli nəticə yoxdur. Nəzərdə tutduğunuz problemlərin, demək olar ki, heç birini həll edə bilmirsiniz. Bununla belə həyatsevərliyiniz və romantik əhval-ruhiyyəniz yüksək olacaq.
Şir - Maliyyə işlərinizdə irəliləyişlərdən məmnun qalacaqsınız. Səhhətinizlə bağlı həlli vacib məsələlərə diqqət ayırmalısınız. Sevgi münasibətləriniz qarşılıqlı ittihamlarla doludur.
Qız - Ünsiyyətlərinizdən məmnun qalacaqsınız. Sizə qarşı rəğbəti olan adamların problemlərinizlə maraqlanması və onların həllı yönündə çalışması güvəncinizi artıracaq. Səhhətinizdən narazılığınız olmayacaq.
Tərəzi - Həkim məsləhətinə qulaq asmaq vacibdir. Tez yorulursunuz. Gücünüzdən səmərəli istifadə etməklə uğurlarınızı çoxalda bilərsiniz. Biznes planlarını həyata keçirmək sizdən ötrü çətinlik yaradacaq.
Əqrəb - Maliyyə işləriniz bu günlər, demək olar ki, heç alınmır. Yorulmadan zəhmət çəkməyinizə baxmayaraq, əldə etdikləriniz çox azdır. Bu gün özünüzü gümrah hiss edəcəksiniz. Səhhətinizdən şikayətiniz olmayacaq.
Oxatan - Maliyyə durumunuzu artırmaq cəhdlərində geriləməsəniz, işləriniz qənaətbəxş alınacaq. Səhhətinizin tələblərinə riayət etməlisiniz. Münasibətlərinizdəki natarazlıqdan əziyyət çəkəcəksiniz.
Oğlaq - Səhhətinizlə bağlı ciddi şikayətləriniz olmayacaq. Şəxsi münasibətlərinizdə yaranmış qarşılıqlı güzəştlərdən məmnun qalacaqsınız. Maddi məsələləri yoluna qoymaq cəhdləriniz isə əhəmiyyətli nəticə verməyəcək.
Dolça - Əsəbi əhval-ruhiyyəniz daxili sıxıntılarınızı artırаcaq. Özünüzü zəif hiss edəcəksiniz. İndi maddi imkanlarınızı artırmaq yönündəki çalışmalarınızda böyük uğurlarınız var.
Balıqlar - Səhhətiniz sizdən ötrü problem yaratmayacaq. Ünsiyyətləriniz mehribanlıq və səmimilik müstəvisindədir. Maliyyə yönündəki çalışmalarınız o qədər də yaxşı alınmır.