BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələyə səfər edib
29.4.2016

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir TÜRKSOY-un baş katibi Düsen Kaseinov aprelin 28-də Qəbələ rayonuna səfər edib.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, məqsəd Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak etməkdir. Qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşayət edib. Nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri və turizm imkanları ilə tanış olub.

Xatırladırıq ki, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının qərarı ilə Şəki 2016-cı il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

report.az