Rusiyanın İnquşetiya Respublikasının 37 yaşlı sakini Həsən Seçoyev Elbrus dağını fəth edib.
Hələ uşaq ikən bədbəxt hadisə nəticəsində hər iki ayağından məhrum olan Həsən Elbrusa bir ayağı protezli, əlində isə qoltuq ağacı ilə qalxıb.
Onu iki nəfər bələdçi müşayiət edib. 5642 metr hündürlüyə qalxan Seçoyev Ginnesin Rekordlar Kitabına da düşə bilər. Çünki 2011-ci ildə İndoneziyadan olan bir idmançı bir ayaqla Elbrusa qalxa bilmişdi. Həsən isə bunu iki ayağı olmadan edib.
Lent.az