Azərbaycan Milli Konservatoriyasının yeni binasının istifadəyə veriləcəyi vaxt açıqlandı
21.6.2012

“Milli Konservatoriyanın yeni binası yaxın bir il ərzində istifadəyə veriləcək”. Bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. O bildirib ki, ali məktəbin yeni binası Yasamal rayonu Hüseyn Cavid prospektində inşa olunur.

S.Kərimi konservatoriyanın yeni binasının sahəsinin təxminən 24 min kvadrat metr olacağını da qeyd edib: “Yeni bina istifadəyə verildikdən sonra tələbə və müəllim heyətinin genişlənməsi məsələsi də gündəmə gələcək”.

O, hazırda konservatoriyada 252 tələbənin təhsil aldığını deyib.

apa