Balaca rəssamın fərdi sərgisi açılacaq
2.5.2016

Mayın 6-da Müasir İncəsənət Mərkəzində balaca rəssam Dərin İmanlının “Dünyaları yaradarkən” adlı fərdi sərgisi açılacaq.

Sərgidə rəssamın müxtəlif mövzuda çəkdiyi 40-dək əsər nümayiş etdiriləcək. Qonaqlar rəssamın sulu boya, yağlı boya ilə çəkdiyi rəsmlər, modelləşdirmə işləri, həmçinin tullantı materiallarından hazırlanmış əl işləri ilə tanış ola biləcəklər.

Qeyd edək ki, bu, rəssamın sayca ilk fərdi sərgisidir.

azertag.az