Ərzurumda təşkil olunan sərgidə Azərbaycanla bağlı kitablar maraqla qarşılanır
2.5.2016

Ərzurum şəhərində təşkil olunan üçüncü beynəlxalq kitab sərgisində Türkiyə hökumətinin mədəniyyət, dil və tarix qurumuna bağlı Atatürk Araşdırmalar Mərkəzi Azərbaycanla bağlı bir çox kitablar nümayiş etdirir.

Mərkəzin məsul əməkdaşı Osman Altınov bildirib ki, türk dilində təqdim olunan “Heydər Əliyev və Azərbaycanın milli siyasəti” və “Azərbaycan: İlham Əliyev dövründə Qafqazın yüksələn ulduzu” kitabları sərgi iştirakçıları tərəfindən böyük sevgi ilə qarşılanır. Bölmədə “Türkiyə-Azərbaycan münasibətlərinin gələcək perspektivləri”, “Qarabağ məsələsində ermənilər və erməni siyasəti”, “Türkiyə-SSRİ əlaqələri (1960-1980)” və sair kitablar da sərgilənir.

Sərgi mayın 8-dək davam edəcək.

azertag.az