“Azərbaycanfilm” kinostudiyası yeni film üçün kastinq elan edir
2.5.2016

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası İlqar Nəcəfin “Nar bağı” adlı yeni tammetrajlı bədii filmi üçün kastinq elan edir.

Kinostudiyadan bildirilib ki, filmdə çəkilmək məqsədilə 8-15 yaşlarında oğlan uşaqları kastinqə dəvət olunurlar. Kastinq mayın 5-dən iyunun 5-dək həftə içi hər gün saat 11:00-dan 16:00-dək “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.

azertag.az