Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov “Fashion People Awards – 2012” mükafatına layiq görülüb.
GoMap-ın müğənninin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Moskvada keçirilən təqdimat mərasimində E. Ağalarov "Fashion Voice Male" nominasiyası üzrə sözügedən mükafatı qazanıb.