Bakıda “Amerika günləri” festivalı keçiriləcək
2.5.2016

14–21 may 2016 il tarixlərində Azərbaycanda “Amerika günləri” festivalı keçiriləcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumata görə, festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və onlara giriş pulsuzdur.

report.az