“WhatsApp” “Windows” və “Mac OS X” versiyalı cihazlarda da olacaq
2.5.2016

Tezliklə populyar “WhatsApp” messencerinin “Windows” və “Mac OS X” əməliyyat sistemi bazasında fəaliyyət göstərən cihazlarda olacağı gözlənilir.

Bu barədə messencerin yeni versiyalarının beta-sınaqlarında iştirak edən tərtibatçı məlumat verib.

Əlavənin tərtibatçısının müəllifi olan “WABetaInfo” nikli şəxsin sözlərinə görə, “WhatsApp” messencerinin “Windows” və “Mac OS X” üçün versiyaları hələlik sınaqdan keçirilir. Burada söhbət əlavənin tam funksiyalı versiyasından gedir ki, bu messencerin köməyi ilə şəkil və video materiallar göndərmək, həmçinin əlavənin malik olduğu digər interfeys və funksiyaların imkanlarından istifadə etmək mümkün olacaq.

“WhatsApp”ın “Mac OS X” və “Windows” üçün çıxacağı versiyanın dəqiq vaxtı hələlik məlum deyil. Ancaq məlumdur ki, bu əlavə yaxın zamanlarda istifadəyə veriləcək.

lent.az