İnsanın xarakteri ilə saç rəngi, strukturu və fakturası ilə əlaqəsi haqqında dəfələrlə araşdırmalar keçirilib və alimlər belə nəticəyə gəlib: saçlar insanın xarakterinin bəzi xüsusiyyətləri haqqında danışa bilər. Alimlərin bu qənaəti ilə həm psixoloqlar, həm də münəccimlər razıdır. Nəticəyə görə, göyümtül qara saçların sahibləri qənaətcil, sərt, hətta bəzən amansız təbiətli olur. Saturn planetinin təsiri altında qalan bu insanlar çox iradəli və güclü xarakterin sayəsində həyatda istədiklərinə nail olurlar.
Qara saçlıların simvolu yaradıcılıq, cəzbedicilik və qorxmazlıqdır. Plutonun enerjisi qarasaçları bəsirət və qüdrət verir. Belə insanlar psixologiya və kriminalistikaya tez-tez cəzb olunur.
Kül çalarıyla tünd rusı saçlı insanlar qeyri-adi ağıllı, hiyləgər, tez-tez məharətlə yalan danışmaq qabiliyyətli olanlardır. Dəqiq və tətbiqi elmlərə meyl edən bu tip insanlar Merkurinin enerjisi və himayəçiliyi altındadır.
Xurmayı saçlar Yer kürəsi enerjisinə yaxındır. Onlar insanların etibarını qazanır, comərd və sadiqdirlır. Eyni zamanda yaxşı psixoloqdular. Böyük müvəffəqiyyətlərə nail olan bu insanlar ailə həyatında xoşbəxt olurlar.
Yaşılaçalar çəkilməylə xurmayı saçlara malik insanlar, gələcəyin hadisələrini qabaqcadan görmə qabiliyyətinə malikdirlər.
Şabalıdı saçlar Yupiterin enerjisini qazanır, insanları hakimiyyətlə əhatə edir və əhatə edənlərə təsir göstərməyi bacarır. Ən böyük müvəffəqiyyəti siyasət, maliyyə, elm və idarə etmə sahəsində gözlənilir.
Kürən saçlar, Marsın alovlu enerjisinin rəhbərliyi altında, istənilən seçilmiş sahədə qələbəni vəd edirlər. Kürənsaçlılar qorxmaz, zirək, xoşagəlməz hadisələrə belə yumorla yanaşanlardır. Amma tez-tez özlərindən çıxır, hisslərini cilovlaya bilmirlər.
Saçların qum və mis çalarları Veneranın enerjisini simvollaşdırır. Bu çalarlarlı saçlara sahib olanlar əla sağlamlıqla lovğalana bilərlər. Daxili harmoniyanın yüksək səviyyəsi, həmçinin sınaqlara meyl, tədqiqatlar, musiqi və bədii qabiliyyətləri onları seçilən edir.
Qızılı saçların sahibləri Günəş enerjisini daşıyır. İnsanları öxünə çəkməklə yanaşı, məlahətli və əliaçıqdırlar. Yaradıcılıq fəaliyyətində, həmçinin siyasətdə uğur zirvəsini inamla qalxa bilərlər.
Saçların platinli və işıqlı-kül çalarları Ayın enerjisini saçır və insanlara romantiklik, zəriflik, dalğınlıq, həmçinin dərin ağıl kimi xüsusiyyətləri bəxş edirlər. Paranormal (qeyri normal) qabiliyyətləri olan bu saçların sahibləri sirli görünüşü ilə diqqət cəbl edir.
Onu da qeyd edək ki, bu və ya digər rəngə saçları rəngləyərək, insan müəyyən dərəcədə planetlərin uyğun olan enerjilərinin xüsusiyyətlərini əldə edir.
Saçların fakturası
Sərt və sözə baxmayan saçların sahibləri inadlı və barışmaz xarakterə malikdir. Yumşaq, sözəbaxan saçlar sahibin yumşaq xarakterindən xəbər verir.
Ağ saç və dazlıq
Ağ saç tez-tez müdrilik əlaməti kimi qəbul edilir. Erkən yaşda isə saçlar streslərdən və daşınmış əzablardan ağarır.
Müdrik insanlar həmçinin keçəlləşməyə meyllidir. Amma təpədə daz insanın şəhvəti haqqında danışılır və bu intellektlə heç vaxt bağlı deyil .
MİX.AZ